İnkişaf Zamanın-da iştirakçılar icmalarında gördükləri sosial problemlerə dair kiçik layihələri həyata keçirdirlər.

2013-cü ilin yay və payız fəsilləri ərzində iştirakçılar 8 layihə həyat keçirtmişdilər.

2013-cü ilin avqust ayında Ülkər yaşadığı Bərdə regionunda Velotur layihəsini həyata keçritmişdir.Velosiped sürməyin ətraf mühitin çirkənməsini azaltmaq üçün bir vasitə olduğunu əsas götürən Ülkər komandası ilə bərabər – aktiv həyat tərzi, ətraf mühit çirkənməsi və velosiped sürmək haqqında təlimlər keçirtmişdir.

Layihələr haqqında daha çox informsiya almaq üçün xəbərləri izləyin.

Layihələrə aparan yol

Başlanğıc seminardan sonra iştirakçıların layihələri tərəfdaş təşkilatların nümayəndələri, məzunlar və sərbəst ekspertlədən ibarət müsiflər heyəti tərəfindən qiymətləndirilir.

Layihələr növbəti meyarlara əsasən qiymələndirilir: icmada yaşayan insanların layihəyə cəlb edilməsi, sosial problemlərin həll olunmasındakı rolu, layihə komandasının marağı və işlənəcək resursların gözlənilən nəticələrə  nisbəti.

Müsiflər heyəti tərəfindən təsdiqlənən layihələrin həyata keçirilməsi üçün kiçik məbləğdə pul və gələcəkdə onlara köməklik göstərə biləcək məsləhətçi ayrılır.

Daha sonrakı layihə görüşü zaman komandalar layihələrin ideyalarını daha da təkmilləşdirirlər. Proqram layihələrin nəticələrinin qiymətləndirilməsinə dair sonuncu qiymətləndirmə seminarı ilə yekunlaşır.

Əsas səhifəyə qayıt