Yeni təlimçilər

Joint Civic Education-un İnkişaf Zamanı kimi ölkə proqramları, istedadlı məzunlara Theodor-Heuss Kolleqiyasının peşəkar təlmiçisi olmaq imkanını yaradır.  Bu məzunlara fəal vətəndaşlıq, layihə menecmenti və başqa mövzular üzrə beynəlxalq təlimlər keçirilir və həmçinin yeni bilik və bacarıqları daha təcrübəli təlimçilərin nəzarəti altında sınamaq imkanı yaradılır. Təlim prosesi bütövlüklə müstəqil inkişaf təlim konseptinə və fərdi öyrənmə xüsusiyyətlərinə əsaslanaraq həyata keçirilir.

Yeni başlayan təlimçilərə vətəndaş cəmiyyətinin inkişafı mövzusunda olan layihələrinin hazırlanması və həyta keçirilməsi mərhələlərində məsləhətçilər verilir və əlavə olaraq Thedor Heuss Kolleqiyasının yüksək standartlarını təmin etmək üçün yeni başlayan təlimçilər həmişə daha təcrübəli təlimçilərin nəzarəti altında işləyirlər. 2013-cü ildə Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya və Türkiyədən 15 nəfər Joint Civic Education proqramında yeni başlayan təlimçi olmaq imkanını qazanacaq.

Daha ətraflı informasiya üçün Təlim və Təhsil məsələləri üzrə kordinator Monika Nikzentaitis-Stobbeya müraciət edin: stobbe[at]joint-civic-eduation.net