Bakı, May 2016 - bu il üçün İnkişaf zamanı proqramında ərizələrin qəbuluna 23 mayda start verildi. Ərizə qəbulu iyunun 30-na kimi davam edəcək. Daha ətraflı informasiya və ərizə forması üçün bura tıklayın.
Qazax, avqust 2013 - Gürcüstanla sərhəddə yerləşən Qazax rayonunda 8-9 –cu sinif şagirdləri üçün yay düşərgəsi təşkil edilmişdir. Üç gün ərzində Qazaxın müxtəlif kəndlərindən gələn uşaqlara liderlik, debat oratorluğu, könüllülük və aktiv həyat tərzi haqqında təlimlər keçirmişdir. Layihənin kordinatoru Çiçək Cəfərli düşərgə ərzində uşaqlara toxuculuq dərsləri də keçmişdir.
Bərdə, avqust 2013 - Bərdədəki velotur nəinki yeniyetmələri hətta validyenləri də bir araya gətirən möhtəşəm bir tədbir oldu. Başlanğıcda layihə komandsı iştirakçılara aktiv həyat tərzi, ətraf mühit çirklənməsi və velosiped sürməyin faydası haqqında təlim vermişdilər. Daha sonra layihə komandası iştirakçılara velosiped sürmək dərsləri keçmişdir. Qızları da bu prosesə qatmaq o qədər də asan deyil idi, amma komanda bu işi də uğurla bacardı. Şəkildə layihə üzvü Ülkər Kərimlinin yeniyetmə qızı velosiped sürməyini öyrətməsini görə bilərsiniz.
Berlin, sentyabr 2013 - Heidelberg Universitetiin Sosial İnvestisiya Mərkəzinin İcma və Demokratiyanın Tədrisi Proqramı tərəfindən Joint Civic Education proqramının qiymətləndirilməsi keçiritlmişdir.Bölgədə gördüyümüz işləri və onların yerli əhaliyə təsiri haqqında təəsürratı genişləndirmək üçün Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və Rusiyadakı İcma və Demokratiyanın Tədrisi Proqramının Təsiri Analizinin dərcini burada tapa bilərsiniz.
Berlin, Dekabr 2012 – Joint Civic Education Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya (Şimali Qafqaz) və Türkiyədə (Şərq Anadolu) gənclərin vətəndaş cəmiyyətində iştirakını artırmaq və onlara bu sahədə heç bir məktəb və universitetdə verilməyən bilikəri tədris etmək üçün inkişaf proqramlarını yaratmışdır. Bizim proqramlarda iştirak edən ictimai liderlər başqa ölkələrdə yaşayan həmkarları ilə görüşmək və fəaliyyətlərini genişləndirmək üçün imkan qazanacaqlar.
İşitirak etmək haqqında daha ətrafli informasiya üçün bura tıklayın.